Paşha Bank
Bank Of Baku

Aİ vətəndaşlarının Rusiya şirkətlərində rəhbər vəzifə tutması qadağan edilə bilər

Aİ vətəndaşlarının Rusiya şirkətlərində rəhbər vəzifə tutması qadağan edilə bilər
# 23 noyabr 2026 21:43 (UTC +04:00)

Avropa Komissiyası Rusiyaya qarşı hazırlanan 22-ci sanksiyalar paketi çərçivəsində yeni məhdudiyyətlər təklif edib.

APA xəbər verir ki, Komissiyanın açıqlamasına görə, təkliflərdən biri Avropa İttifaqı vətəndaşlarının Rusiya şirkətlərində rəhbər vəzifələr tutmasının qadağan edilməsini nəzərdə tutur.

Digər təklifə əsasən, Rusiya vətəndaşlarının Avropada yerləşən idman təşkilatlarında istənilən vəzifədə çalışmasına məhdudiyyət qoyula bilər.

Sanksiyalar layihəsi indi Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə ediləcək.

Paketin qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurasında bütün üzv ölkələrin yekdil razılığı tələb olunur.

Avropa Komissiyası daha əvvəl 22-ci sanksiyalar paketinin dekabrın sonunadək qəbul edilməsinə çağırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR