Salyan. Əlibəy Zeynallı-APA. Salyan sakini intihara cəhd edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakini, şəhərin Ə. Quliyev küçəsi 4 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Nurlana Namiq qızı Bağırova özünü Kür çayına atıb. O, ətrafda olanlar tərəfindən xilas edilib.
Hələlik intihara cəhdin səbəbi məlum deyil.