SOCAR qazma işlərini 17% artırıb

SOCAR qazma işlərini 17% artırıb
# 03 sentyabr 2015 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 643 metr qazma işi həyata keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 1 391 metr və ya 16,8% çoxdur. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73 963 metr qazma işi görülüb ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 15 412 metr və 17,2% azdır. Bunun da 72 963 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 3, ilin əvvəlindən isə 45 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR