Nigeryiada baş verən partlayışlarda 25 nəfər həlak olub

Nigeryiada baş verən partlayışlarda 25 nəfər həlak olub
# 19 mart 2013 00:50 (UTC +04:00)

Bakı-APA. Dünən axşam saatlarında Nigeriyanın şimalındakı Kano şəhərində avtobus dayanacağında 5 güclü partlayış baş verib. APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 25 nəfər həlak olub.

Məlumata əsasən, partlayışlar bir neçə avtobusu tamamilə məhv edib.

Kano «Boko Haram» radikal islamçı qruplaşmasının xüsusilə fəal olduğu zonada yerləşir. Partlayışlar əsasən xristianların yaşadığı məhəllədə baş verib.

2002-ci ildə yaradılmış "Boko Haram" qruplaşması Nigeriyanın bütün ərazisində şəriət qanunlarının tətbiqinə və dünyəvi təhsilin ləğvinə nail olmaq istəyir. Ölkənin 160 milyon əhalisindən təxminən yarısı müsəlmandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR