Arzu Rəhimov Horadizdə vətəndaşları qəbul edib

Arzu Rəhimov Horadizdə vətəndaşları qəbul edib
# 21 may 2015 15:49 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Horadiz şəhərində Beyləqan, İmişli, Ağcabədi, Ağdam və Füzuli rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda 40-dək sakin iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, veteran adı və vəsiqəsinin, şəhid statusunun verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR