İki rayonun İcra hakimiyyətlərində aparılan yoxlamaların nəticələri Milli Məclisə təqdim olunub

İki rayonun İcra hakimiyyətlərində aparılan yoxlamaların nəticələri Milli Məclisə təqdim olunub
# 16 aprel 2015 08:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Bakı şəhəri Xətai rayonu və Xızı rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, həmçinin digər mənbələrdən daxilolmaların icrasına dair audit proqramı təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR