“Tələbə-məzun” dövlət elektron məlumat sistemi dövlət qeydiyyatına alınıb

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi dövlət qeydiyyatına alınıb
# 05 fevral 2013 14:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydalar”nın icrasını təmin etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələb olunan sənədləri təqdim edərək sistem administratoru olduğu “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”nin qeydiyyata alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Fevralın 4-də sistem dövlət qeydiyyatına alınıb və sistem haqqında məlumat dövlət reyestrinə əlavə edilib (https://governmentsregistry.ehdis.az/AcceptedFormPrivate.aspx).

Qeyd edək ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”nin Əsasnaməsi Azərbaycan prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilib. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin Azərbaycan Prezident Administrasiyası, Milli Məclisin Aparatı, Nazirlər Kabineti, Baş Prokurorluq, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Təhsil, Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Dövlət Statistika Komitəsi və Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR