Cəzaçəkmə müəssisəsinə dərman həblərinin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə dərman həblərinin keçirilməsinin qarşısı alınıb
# 10 iyul 2014 13:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 ədəd ağ rəngli və 24 ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR