Aksiyada iştiraka görə həbs olunan və cərimələnən şəxslər barəsində məhkəmə qərarlarından şikayət verilib

Aksiyada iştiraka görə həbs olunan və cərimələnən şəxslər barəsində məhkəmə qərarlarından şikayət verilib
# 18 mart 2013 15:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Martın 10-da Bakının mərkəzində keçirilən “Əsgər ölümlərinə son!” aksiyasında iştirakına görə həbs olunan və cərimələnən şəxslərin barələrində olan məhkəmə qərarlarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əsabəli Mustafayev məlumat verib. Ə. Mustafayev apellyasiya şikayətlərinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edildiyini bildirib.

Qeyd edək ki, martın 10-da keçirilən aksiya zamanı bir neçə nəfər cərimələnib, 5 nəfər isə inzibati həbs cəzası alıb. Həmin qərarlardan verilən apellyasiya şikayətlərində isə inzibati həbs olunan şəxslərin hər birinə 6 min, cərimələnənlərin isə hər birinə 2 min manat maddi təzminat ödənilməsi tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR