AZAL “Türk Hava Yolları” ilə kod-şerinq sazişi imzalayıb

AZAL “Türk Hava Yolları” ilə kod-şerinq sazişi imzalayıb
# 16 mart 2015 11:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Türk Hava Yolları” (THY) Azərbaycanla Türkiyə arasındakı istiqamətlər üzrə martın 29-dan qüvvəyə minəcək kod-şerinq sazişi imzalayıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır. Kod-şerinq sazişi çərçivəsində AZAL-ın Bakı-İstanbul Atatürk/Sabiha Gökçen/ Ankara istiqamətləri üzrə reyslərində THY-nin marketinq kodu yerləşdiriləcək.

AZAL-ın marketinq kodu isə öz növbəsində, THY-nin İstanbul - Bakı / Naxçıvan / Gəncə və Sabiha Gökçen - Bakı istiqamətləri üzrə reyslərində yerləşdiriləcək.

Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda Xüsusi Proreyt Sazişinin şərtlərinə əsasən hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR