İraqla Azərbaycanı birləşdirəcək dəmir yolu xətti inşa olunacaq

İraqla Azərbaycanı birləşdirəcək dəmir yolu xətti inşa olunacaq
# 14 aprel 2015 06:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İraq və İran dəyəri 45 mln. ABŞ dolları olan dəmir yolu layihəsi üzərində çalışır.

APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın nəqliyyat naziri Bəkir Cabir əz-Zubeydi iranlı həmkarları ilə görüşdən sonra bildirib.

“Biz uzunluğu 32 km olan, cənubla şimalı birləşdirəcək dəmir yolu xəttinin inşası barədə razılığa gəldik. Bundan başqa Bəsrənin Sindbad adasından Şatt-əl-Ərəb çayına kimi 700 m uzunluğunda olan dəmiryolu körpüsünün də inşasına başlayacağıq”, - deyə iraqlı nazir bildirib.

Nazirin sözlərinə görə, bu layihə İraqı başqa ölkələr, o cümlədən “Böyük İpək Yolu” vasitəsilə Çin və Azərbaycanla da birləşdirəcək.

Layihə 20 aydan sonra tamamlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR