Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 21 noyabr 2014 08:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda 54 yaşlı kişi yol qəzasında ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 20-də saat 19:30 radələrində, Heydər Əliyev prospektində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Yasin Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada Şəki rayon sakini, 1960-cı il təvəllüdlü Kənan Qasımovu vurub. Xəstəxanaya yerləşdirilən K.Qasımov orada dünyasını dəyişib. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR