Salyanda məktəbdə yanğın olub

Salyanda məktəbdə yanğın olub
# 18 avqust 2014 06:24 (UTC +04:00)

Bakı – APA. Salyan rayonu, Aşağı Kürkəndi kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 1140 kv.m olan birmərtəbəli məktəbin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, məktəbin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR