Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi aksiya keçirməsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, dekabrın 14-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 16.00-dək davam edən toplantıda partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
***
saat 16.16
Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası dekabrın 14-də keçmiş “Məhsul” stadionunda mitinq keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq 10 Dekabr - Beynəlxalq İnsan Haqları gününə həsr olunub.
Aksiyada Müsavatın keçmiş başqanı İsa Qəmbər və Müsavat başqanı Arif Hacılı çıxış ediblər.
Sonda mitinqin qətnaməsi qəbul olunub.
Aksiya nəzərdə tutulandan 1 saat əvvəl başa çatıb.