Bakı-Şamaxı yolunda maşın aşıb, sürücü ölüb

Bakı-Şamaxı yolunda maşın aşıb, sürücü ölüb
# 07 iyul 2014 07:18 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yolun 98-ci kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsində qeydə alınıb.

Cəngi qəsəbə sakini, 1949-cu il təvəllüdlü Hüseynov Baba Şükür oğluna məxsus 90 BA 428 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Sürücü Baba Hüseynov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR