«Dəmirbank» yeni kredit aksiyasına başlayıb

«Dəmirbank» yeni kredit aksiyasına başlayıb
# 01 mart 2013 14:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Dəmirbank» Novruz bayramı münasibəti ilə müştərilərə əlavə kredit imkanları təklif edir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, cari kredit müştərilərinə 1 000 manatadək əlavə kredit təklif edir. Martın 1-dən 26-dək keçirilən aksiya biznes və istehlak kreditləri üzrə minimum 6 ay müsbət kredit tarixinə malik müştərilərə şamil edilir. Müştərin müsbət kredit tarixi müvafiq formula əsasında müəyyən edilir. «Dəmirbank»dan 5 000 manatadək kredit götürənlərə 500 manat, 5 001-10 000 manatadək götürənlərə isə 1 000 manat, şəxsiyyət vəsiqəsi ilə, 12 ay müddətinə əlavə kredit verilir.

Həmçinin, «Dəmirbank» kredit üçün müraciət edən müştərilərə şərtlər üzrə nəzərdə tutulan kredit məbləğinə əlavə olaraq 500 manat kredit verir. Avtomobil, ipoteka, lizinq və tərəfdaşlıq çərçivəsində verilən kreditlər üzrə müştərilərə 500 manat məbləğində əlavə kredit xətti açıla bilər. Bu aksiya martın 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR