Paşha Bank
Bank Of Baku

Tramp: Avropa süni intellekt sahəsində ABŞ-ın köməyinə arxalanmalı olur

Tramp: Avropa süni intellekt sahəsində ABŞ-ın köməyinə arxalanmalı olur
# 30 sentyabr 2026 06:12 (UTC +04:00)

Avropa ölkələri süni intellekt sahəsində ABŞ-la eyni potensiala malik deyil və Amerikanın köməyinə arxalanmalı olurlar.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ölkənin aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Tramp ABŞ texnologiya şirkətlərinin sürətlə inkişaf etdiyini qeyd edərək, Avropada analoji imkanların olmadığını iddia edib. O, süni intellekt sahəsində özünütənzimləmənin böyük rol oynayacağını da vurğulayıb.

“Bu modellər kifayət qədər mürəkkəbdir. Onların yaxşı məqsədlər üçün istifadə olunacağına inanıram. Əgər belə olmasa, onları bloklaya bilərik. Amma burada özünütənzimləmə çox böyük rol oynayacaq”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp administrasiyası süni intellekt sektorunda şirkətlərin özünütənzimləməsinə üstünlük verdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR