Bank Of Baku

Tramp Hörmüz boğazının ABŞ ərazisi olduğunu göstərən xəritə paylaşıb

Tramp Hörmüz boğazının ABŞ ərazisi olduğunu göstərən xəritə paylaşıb
# 07 sentyabr 2026 07:59 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Hörmüz boğazını “ABŞ-ın yeni ərazisi” kimi göstərən xəritə paylaşıb.

APA xəbər verir ki, xəritədə Fars körfəzi ilə Oman körfəzini birləşdirən strateji su yolu “NEW U.S. Territory” (“ABŞ-ın yeni ərazisi”) ifadəsi ilə işarələnib.

Tramp daha əvvəl də Hörmüz boğazının ABŞ ərazisi elan edilə biləcəyini bildirmiş və ABŞ-ın su yoluna nəzarət etdiyini vurğulamışdı.

O, avqustun 18-də paylaşdığı xəritədə də boğazı “ABŞ-ın yeni ərazisi” kimi göstərmişdi.

Qeyd edək ki, Trampın bu mövqeyi İran tərəfindən rədd edilir. Tehran Hörmüz boğazının ABŞ tərəfindən ərazi kimi elan edilməsinin hüquqi əsası olmadığını bildirir. Boğaz İran və Oman arasında yerləşir və beynəlxalq gəmiçilik üçün mühüm strateji marşrut hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR