Bank Of Baku

Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin

© APA | ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin

# 24 sentyabr 2026 06:23 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə görüşdə İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.

APA xəbər verir ki, Tramp bunu sentyabrın 23-də jurnalistlərin Si Cinpinlə İran məsələsini müzakirə edib-etməyəcəyi barədə sualını cavablandırarkən deyib.

“Bu barədə və bir çox başqa məsələlər haqqında danışacağam”, – ABŞ Prezidenti bildirib.

Si Cinpin sentyabrın 23-də üç günlük dövlət səfəri üçün ABŞ-yə gəlib. Tramp Çin liderini Endryus hərbi aviabazasında şəxsən qarşılayıb. ABŞ-Çin danışıqlarının gündəliyində ticarət, texnologiyalar, Tayvan və İran kimi məsələlərin yer alacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR