Paşha Bank
Bank Of Baku

Tramp Konqresə seçkilərin nəticələrini qəbul etməyə hazır olduğunu bildirib

Tramp Konqresə seçkilərin nəticələrini qəbul etməyə hazır olduğunu bildirib
# 04 noyabr 2026 09:47 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərinin nəticələrini tamamilə qəbul etməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Tramp qəzetin iki müxbirinə verdiyi müsahibədə respublikaçıların seçkilərdəki məğlubiyyətini özünün namizəd olmaması ilə əlaqələndirib. O, həmçinin demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

ABŞ mediasının proqnozlarına görə, Demokratlar Partiyası aralıq seçkilərində Konqresin hər iki palatasına – Nümayəndələr Palatasına və Senata nəzarəti ələ keçirib.

Tramp “Fox News” telekanalına müsahibəsində İranda davam edən müharibənin respublikaçıların seçkilərdəki məğlubiyyətində rol oynadığını etiraf edib.

ABŞ mediasının daha əvvəl yaydığı məlumata görə, Tramp demokratların gələn il Konqresə nəzarəti ələ keçirməsi ehtimalına münasibət bildirərkən zərurət yaranacağı təqdirdə onların qanunvericilik təşəbbüslərinə veto qoymağa hazır olduğunu vurğulayıb.

Tramp ölkə üzrə seçki məntəqələri bağlanmazdan əvvəl “CBS News” telekanalına müsahibəsində ona “Cənab Veto” deyilməsini məmnuniyyətlə qarşılayacağını bildirib.

“Mənim son söz demək səlahiyyətim var. Buna ‘veto’ deyilir”, – ABŞ Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR