Bank Of Baku

Tramp: Ukraynadakı müharibənin başa çatmasına heç vaxt olmadığı qədər yaxınlaşmışıq

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 22 oktyabr 2026 00:23 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin nizamlanması istiqamətində danışıqların indiyədək ən perspektivli mərhələyə çatdığını hesab edir.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə Ukraynadakı müharibənin dayandırılması məsələsini əvvəllər də müzakirə etdiyini xatırladıb.

“Yeri gəlmişkən, biz buna yaxınlaşırıq. Ola bilsin ki, indi heç vaxt olmadığı qədər yaxınıq”, – Tramp vurğulayıb.

O, Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirdiyi görüşə də münasibət bildirib.

Trampın sözlərinə görə, Vaşinqton və Moskva arasında diplomatik təmasların intensivləşdiyi bir vaxtda sülh prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinmək lazımdır.

“İstəyəcəyim son şey münaqişənin başa çatmasına yaxınlaşdığımız bir vaxtda hər şeyi alt-üst etməkdir”, – ABŞ Prezidenti qeyd edib.

Tramp hazırkı mərhələdə əsas məqsədinin danışıqlar prosesini qorumaq və müharibənin dayandırılmasına nail olmaq olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR