Nizami Kino Mərkəzində “Uzaqlarda arama” filminin qala gecəsi keçiriləcək

Nizami Kino Mərkəzində “Uzaqlarda arama” filminin qala gecəsi keçiriləcək
# 20 noyabr 2015 12:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkan Şoray Nizami Kino Mərkəzində “Uzaqlarda arama” filminin qala gecəsində iştirak edəcək. Mərkəzdən APA-ya verilən məlumata görə filmin təqdimatı noyabrın 26–da baş tutacaq.

Rejissorluğu Türkan Şoraya, ssenari müəllifliyi Onur Ünlüyə aid olan film dramatik komediya janrında lentə alınıb.

Rollarda Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu və digər aktyorlar çəkiliblər.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR