Azərbaycanın Polşadakı səfirliyi qurumun internet saytına haker hücumu ilə bağlı bəyanat yayıb

Azərbaycanın Polşadakı səfirliyi qurumun internet saytına haker hücumu ilə bağlı bəyanat yayıb
# 15 fevral 2013 13:46 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, bu gün erməni hakerlər Azərbaycanın Polşadakı səfirliyinin rəsmi internet saytını sındıraraq saytda olan məlumatları silib, ana səhifəsində olan məlumatları isə dəyişdiriblər: “Saytın ana səhifəsində olan Azərbaycan xəritəsi dəyişdirilib, xəritədə ermənilər tərəfindən işğal edilmiş Azərbaycan əraziləri Ermənistan bayrağının rəngləri ilə, Naxçıvan Muxtar Respublikasının ərazisi isə qırmızı rəngə boyanıb, orada “Naxçıvan, bizi gözlə” sözləri yazılıb. Saytın ana səhifəsində ermənilərin Azərbaycan və Türkiyəyə qarşı maraqlarını əks etdirən şəkildə uydurma qısa tarixi məlumat da yerləşdirilib. Hesab edirik ki, erməni hakerlərin bu qanunsuz hərəkəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və erməni millətçilərinin ölkəmiz və xalqımıza qarşı dünyada yalan və iftiraya əsaslanan təbliğat fəaliyyətini hərtərəfli şəkildə ifşa etmək və Polşa ictimaiyyətini sözügedən problemlərlə bağlı həqiqətə uyğun şəkildə məlumatlandırmaq istiqamətində diplomatik nümayəndəliyin apardığı aktiv fəaliyyətin qarşısını almaq cəhdidir”.

Azərbaycanın Polşadakı səfirliyi bildirib ki, saytın sındırılması səfirliyin normal fəaliyyətinə təsir etməyib: “Saytın sındırıldığı məlum olan kimi onun nəticələri səfirlik tərəfindən qısa zamanda aradan qaldırılmış, saytın fəaliyyəti bərpa edilib. Hazırda saytda olan məlumatların və saytın fəaliyyətinin tam bərpası istiqamətində işlər davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR