Polşa millisinin baş məşqçisi: “Qəbələdəki atıcılıq mərkəzi dünyanın ən yaxşı komplekslərindəndir”

Polşa millisinin baş məşqçisi: “Qəbələdəki atıcılıq mərkəzi dünyanın ən yaxşı komplekslərindəndir”
# 11 avqust 2015 08:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Apasport.az saytına tüfəng atıcılığı üzrə Polşa millisinin baş məşqçisi Andriy Kiyovski deyib.

Qəbələdə keçirilən Dünya Kubokunda Polşa millisinə başçılıq edən Kiyovski təşkilatçılıqdan və kompleksdən ağızdolusu danışıb: “İlk dəfədir Qəbələdəyəm. Burada hər şey çox yüksək səviyyədədir. Təşkilatçılığa heç bir irad ola bilməz. Atıcılıq mərkəzi dünyanın ən yaxşı belə komplekslərindəndir. Polşada ən yaxşı atıcılıq arenası Vrotslavdadır. Lakin ora da Qəbələdən çox geri qalır. Bizdə də belə idman qurğusunun olmasını arzulayıram. Təəssüf ki, Qəbələnin təbiəti, gəzməli, görməli yerləri ilə yaxından tanış ola bilmirik. Çünki buna vaxtımız yoxdur”.

Polşalı mütəxəssis milli yeməklərimizi çox bəyəndiklərini də vurğulayıb: “Azərbaycan mətbəxi mənim və yetirmələrimin ürəyincədir. Çox dadlı yeməkləriniz və yaxşı mətbəxiniz var. Xüsusilə də, daşarası kababın ləzzətini qeyd edərdim. Bəzi idmançılar havanın isti olmasından gileylənsə də, bununla tam razı deyiləm. Çünki biz havanın daha isti olacağını gözləyirdik. Bizim ehtimal etdiyimizlə müqayisədə hava daha münasibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR