Əli Əhmədovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Almaniyada səfərdədir

Əli Əhmədovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Almaniyada səfərdədir
# 26 fevral 2013 10:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Almaniyanın Konrad Adenauer Fondunun dəvəti ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdədir.

YAP-dan APA-ya verilən məlumata görə, səfər çərçivəsində YAP nümayəndə heyəti Almaniyanın hakim Xristian Demokratlar Birliyinin rəsmiləri, eləcə də Almaniya Bundestaqının bir sıra üzvləri ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər haqqında geniş fikir mübadiləsi aparacaq.

Proqrama əsasən, YAP nümayəndə heyəti fevralın 25-də Bundestaqın Xarici Məsələlər üzrə Komitəsinin üzvü, XDB fraksiyasının xarici siyasət üzrə sözçüsünün müavini Karl-Georq Uelman, XDB-nin Beynəlxalq əməkdaşlıqlar şöbəsinin müdiri Bertil Uenger, Bundestaqda XDB fraksiyasının sədrinin müavini, partiyanın idarə heyətinin üzvü Mişel Fuks ilə görüşlər keçirib.

Almaniyada görüşlər başa çatdıqdan sonra YAP nümayəndə heyəti fevral ayının 27-də Brusselə səfər edəcək və burada bir sıra görüşlər keçirəcək. Nümayəndə heyətinə YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR