Xaçmazda gölə düşdüyü ehtimal olunan şəxsin axtarışları davam edir

Xaçmazda gölə düşdüyü ehtimal olunan şəxsin axtarışları davam edir
# 04 aprel 2013 07:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda gölə düşdüyü ehtimal olunan şəxsin axtarışları davam etdirilir. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Rafiq Yolçu oğlu Adıgözəlovun Xaçmaz rayonu, Yergüc kəndi ərazisindəki Sonalı gölünə düşdüyü ehtimal olunur. Məlumat daxil olan kimi, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Hazırda dalğıc-xilasedicilər göldə axtarış işləri aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR