Bank Of Baku

Çilidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Çilidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
# 24 may 2018 07:53 (UTC +04:00)

Azərbaycanın Çilidəki diplomatik missiyası tərəfindən Santiaqo şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı rəsmi qəbul təşkil olunub.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Çili hökumətinin rəsmiləri, parlamentin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və Çili ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov 28 May gününün Azərbaycan üçün tarixi önəmindən bəhs edib. O, 1918-ci ildə yaradılan və bu il 100 illik yubileyinin qeyd olunduğu AXC-nin müsəlman şərqində ilk demokratik respublika olduğunu qeyd edib və mövcud olduğu qısa müddətdə gördüyü mühüm işlərdən danışıb. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində Azərbaycanın 20%-dən çox ərazisinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. R. Aslanov Azərbaycanın multikultural ölkə olduğunu, Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, güclü tolerantlıq ənənələrinin olduğunu söyləyib. O, Azərbaycan-Çili əlaqələrinə toxunaraq, iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

 
 
Tədbir zamanı Azərbaycan haqqında tanıtım videosu nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR