Bank Of Baku

Məhkəmə Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin vəsatətini təmin edib

Məhkəmə Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin vəsatətini təmin edib
# 13 aprel 2018 15:23 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, prosesdə M. Şəmsiyev əlavə şahid qismində bir neçə nəfərin məhkəməyə çağırılaraq ifadə verməsi barədə vəsatət qaldırıb.

 

Məhkəmə verilən vəsatəti təmin edib.

 

Proses aprelin 24-də davam etdiriləcək.

 

 

İttihama görə, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.

 

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

 

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR