Məhkəmə “Azad Gənclik” Təşkilatının rəhbəri Ülvi Həsənlinin əmlakına həbs qoyulması barədə qərar verib

Məhkəmə “Azad Gənclik” Təşkilatının rəhbəri Ülvi Həsənlinin əmlakına həbs qoyulması barədə qərar verib
# 01 mart 2013 16:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nizami Rayon Məhkəməsində Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsinin “Azad Gənclik” Təşkilatının rəhbəri Ülvi Həsənli ilə bağlı verdiyi təqdimata baxılıb.

Bu barədə APA-ya Ülvi Həsənli məlumat verib. Ü. Həsənli şöbənin təqdimatının təmin olunduğunu deyib. O, həmçinin qeyd edib ki, götürülən əşyalar ona məxsus deyil.

Qeyd edək ki, Ü. Həsənli yanvarın 12-də paytaxtda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasında iştirak zamanı saxlanılıb. Məhkəmə onun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirərək, 600 manat məbləğində cərimə kəsib. Lakin cərimə ödənmədiyindən Ü. Həsənli Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şöbədə onunla bağlı məcburi icraatın başlanması haqda qərar çıxarılıb, “hp” markalı kompüter və “Blackberry” modelli mobil telefon müsadirə olunub. Bundan sonra məhkəmə həmin əşyalara həbs qoyulması barədə vəsatətlə məhkəməyə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR