İranın xarici işlər naziri Rusiyada səfərdədir

İranın xarici işlər naziri Rusiyada səfərdədir
# 12 fevral 2013 11:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Rusiyada səfərdədir. APA-nın məlumatına görə, səfərdə məqsəd Moskvada keçiriləcək Rusiya-İran hökumətlərarası komissiyasının X toplantısında iştirak etməkdir. Toplantıda ticarət, sənaye, nəqliyyat, enerji və konsulluq sahələrində əməkdaşlıq müzakirə olunacaq. Səfər çərçivəsində Salehi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək.

İranın xarici işlər naziri jurnalistlərə açıqlamasında bildirib ki, İranla “altılıq” ölkələri arasında Qazaxıstanda keçiriləcək nüvə müzakirələri çərçivəsində rəsmi Tehranla Vaşinqton arasında ikitərəfli görüşün keçirilməsi planlaşdırılmayıb: “Ali dini lider, ayətullah Əli Xamneyinin də dediyi kimi, İrana qarşı davamlı təzyiq göstərildiyi halda, rəsmi Tehran Vaşinqtonla birbaşa danışıqlar aparmağa hazır deyil. Bizim Əfqanıstan və İraq məsələsində ABŞ-la birbaşa danışıqlarımız olub. Hazırda isə nüvə proqramımızla bağlı “altılıq” ölkələri ilə müzakirələr aparmağa hazırıq. ABŞ-la birbaşa danışıqlar iki ölkə arasındakı münasibətlərə aiddir. Halbuki nüvə problemi və ölkələrarası münasibətlər başqa-başqa məsələlərdir. Əgər qarşı tərəfin belə bir istəyi olsa, gərək bu barədə bizə bildirsinlər və bizə qarşı yürüdülən təzyiq və təhdid siyasətindən əl çəksinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR