Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü üzrə şəriksiz liderdir

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü üzrə şəriksiz liderdir
# 30 iyun 2015 08:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükü üzrə şəriksiz liderdir.

APA-Economics”in məlumatına görə, bu barədə “Rossiyskaya qazeta” yazır.

Bu məhsulların ümumi illik həcmi 300 mln. dollar həddini aşır.

Müqayisə üçün bildirək ki, Rusiya bazarına kənd təsərrüfatı məhsulları tədarük edən əsas ölkələrdən biri olan İsrail 2014-cü ildə Rusiyaya 277,2 mln. dəyərində tərəvəz, 83,9 mln. dollar həcmində meyvə tədarük edib.

Yeri gəlmişkən, Rusiya hökumətinin açıqladığı statistik rəqəmlərə əsasən, 2014 və 2015-ci illərin 5 ayı ərzində Azərbaycan Rusiyaya 33 min ton alma ixrac edib. Bu göstərici ilə Azərbaycan Polşa və Moldova kimi ənənəvi tədarükçüləri qabaqlayaraq ilk üçlüyə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR