Akif Əlizadə: “Magistratura və doktoranturada təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququnun verilməməsi düzgün qərardır”

Akif Əlizadə: “Magistratura və doktoranturada təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququnun verilməməsi düzgün qərardır”
# 31 may 2016 11:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin “Elm haqqında” qanun layihəsindən çıxarılmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, A. Əlizadə bildirib ki, bu, tamamilə düzgün addımdır.

Akademik deyib ki, Azərbaycan müharibə şəraitində olduğundan gənclərə magistratura və doktoranturada təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququnun verilməməsi düzgün qərardır.

A. Əlizadə onu da qeyd edib ki, alimlər üçün tikilən yaşayış binasının inşası yekunlaşmaq üzrədir: “Həmin binada 50-60 alim mənzillə təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR