Bakı dairəvi-1 avtomobil yolunda nəqliyyat hadisəsi baş verib - FOTO

Bakı dairəvi-1 avtomobil yolunda nəqliyyat hadisəsi baş verib - <span style="color: red;">FOTO
# 30 aprel 2013 08:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün saat 10:00 radələrində Bakı dairəvi-1 avtomobil yolunun sonu - Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun başlanğıcında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.


Onun sözlərinə görə, Türkiyə vətəndaşına məxsus «Scania» markalı yük avtomobili idarəetmənin itirərək əyri xətli tirlərə çırpılıb: «Nəticədə, ümumi uzunluğu 48 paqon metr olan 12 ədəd əyri xətli tir sıradan çıxıb. Hadisə aktlaşdırılıb və müəyyən olunub ki, yol-nəqliyyat hadisəsi nəticəsində yol avadanlıqlarına ümumi məbləği 6 700 manat olmaqla ziyan dəyib».


Qeyd edək ki, 2012-ci il ərzində yol-nəqliyyat hadisələri nəticəsində yol infrastrukturuna 3 mln. manata yaxın ziyan dəyib və bu məbləğin yalnız 44 min manatadək hissəsi ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR