Borçalıda məşhur aşıq Hüseyn Saraclının anım günü keçirilib

Borçalıda məşhur aşıq Hüseyn Saraclının anım günü keçirilib
# 13 aprel 2013 15:34 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndində məşhur aşıq Hüseyn Saraclının anım günü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir aşığın qəbrini ziyarət etməklə başlayıb. Sonra Saraclı kəndinin mərkəzində ucaldılan aşıq Hüseyn Saraclının büstü önündə Borçalı şair və yazıçıları, ictimaiyyət nümayəndələri çıxış edərək görkəmli Borçalı aşığı ilə bağlı xatirələrini söyləyiblər.

Borçalı aşıqlarından aşıq Məhəmməd Sadaxlı, aşıq Aslan Kosalı, aşıq Qərib Məmmədov, aşıq Məsim, aşıq Ziyəddin Keşəli və başqaları aşıq mahnıları ilə ustad sənətkar aşıq Hüseyn Saraclını yad ediblər. Tədbirdə sazsevənlər, Tiflisdən, Bakıdan, Marneulidən, Dmanisidən, Qaradabanidən, Borçalı kəndlərindən gələn ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aşıq Hüseyn Saraclının anım günü hər il ənənəvi olaraq aprelin ikinci ongünlüyündə keçirilir. Bu gün keçirilən tədbir sayca 26-cıdır. Tədbirdə 2016-cı ildə görkəmli aşığın 100 illiyinin qeyd edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR