«AXA-Mbask» sığorta şirkəti «Express Services Group»la tərəfdaşlıq sazişi imzalayıb

«AXA-Mbask» sığorta şirkəti «Express Services Group»la tərəfdaşlıq sazişi imzalayıb
# 21 fevral 2013 07:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti «Express Services Group» şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıb. «AXA-Mbask» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sazişə əsasən, «Express Services Group» şirkəti «AXA-Mbask»ın 28 növ sığorta məhsullarını ölkənin bütün ərazisində satacaq.

«Express Services Group» şirkəti həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərir, həmçinin müştərilərin sual və tələblərini vaxtında cavablandırmaq məqsədi ilə «Call Center» yaradılıb.

Müştəri rahatlığı üçün «Express Services Group» şirkəti sığorta müqavilələrinin müştərinin ünvanına çatdırılmasına dair «express» xidmətlər də göstərir. Sığorta şəhadətnaməsini əldə etmək üçün müştərilər şirkətin «Call Center»inə (012) 488 64 54 nömrəsinə zəng vura, yaxud şirkətinin «Azure Business Center»dəki mərkəzi ofisinə müraciət edə bilərlər.

Həmçinin, «Express Services Group» şirkəti milli sığorta agentlərinə şirkətdə peşə ixtisasını təkmilləşdirmək üçün də şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR