Paşha Bank
Bank Of Baku

Şəmkirdə iki "Jiquli"nin toqquşması nəticəsində azı 8 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Şəmkirdə iki "Jiquli"nin toqquşması nəticəsində azı 8 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
# 10 may 2019 23:01 (UTC +04:00)

Şəmkirdə baş vermiş avtoqəzada xəsarət alanlardan beşinin şəxsiyyəti məlum olub.

ONA-nın qərb bürosunun məlumatına görə, bunlar Tovuz rayon sakinləri - 1995-ci il təvəllüdlü Ələkbərov Rəhim Arif oğlu, 1982-ci il təvəllüdlü Əsgərova Könül Fidayıl qızı, 1982-ci il təvəllüdlü Tağıyev Emin Əlixan oğlu, 1978-ci il təvəllüdlü Məmmədov Siyavuş Akif oğlu və 1992-ci il təvəllüdlü Əsgərova Dursun Dəyanət qızıdır.

Daha 3 nəfərə isə ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Digər təfərrüatlar dəqiqləşdirilir.

***

Saat 19:44

Şəmkir rayonunda azı 8 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb. İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində azı 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı deyilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR