Bakıda beynəlxalq vergi forumu keçirilib - FOTOSESSİYA

Bakıda beynəlxalq vergi forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 fevral 2013 08:58 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, forumda dövlət orqanları, parlament, Avropa Birliyi, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, Bakıda akkreditə olunmuş səfirliklər, ABŞ, Belçika və Türkiyənin tanınmış iqtisadçıları, banklar, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər.

Forumda çıxış edən Azərbaycanın vergilər naziri Fazil Məmmədov tədbirin məqsədləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda vergi sisteminin strukturu, vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılıb, vergi siyasətinin əsas istiqamətləri müəyyənləşdirilib, vergi inzibatçılığının müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə edilib. Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə danışan vergilər naziri vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslərin əsasən elektronlaşdırıldığını və sahibkarların vergi əməkdaşları ilə ünsiyyətə girmədən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bildiklərini qeyd edib. Bildirilib ki, elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi daha çox sayda elektron xidmət göstərən dövlət orqanıdır (46 xidmət).

Vergilər naziri yaxın gələcək üçün vergi xidmətinin əsas inkişaf istiqamətləri kimi müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları, nağdsız ödənişlərin stimullaşdırılması və əmək münasibətlərinin leqallaşdırılaraq əmək müqavilələrinin bağlanması hesabına vergi bazasının genişləndirilməsini xüsusi olaraq vurğulayıb.

Forumun birinci iclasında Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev «Azərbaycanın vergi qanunvericiliyi və onun təkmilləşdirilməsi istiqamətləri», Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Hәsәnova «Qeyri-neft sektorunun inkişafı və vergi siyasəti», Avropa Birliyinin Azərbaycandakı nümayyәndәliyinin rəhbəri Roland Kobia «Vergi islahatları sahəsində Avropa Birliyi ilə Azərbaycanın əməkdaşlığı», İqtisadi Əmәkdaşlıq vә İnkişaf Tәşkilatının (OECD) Vergi Siyasәti vә İdarәetmә Mәrkәzinin direktor müavini Qreys Peres-Navarro (Grace Perez-Navarro) «Beynəlxalq vergi və rəqabətlilik», Türkiyәnin Hacettepe Universitetinin professoru Ahmet Burçin Yereli «Vergi əməletmə xərcləri (vergilərin psixoloji təhlili)», ABŞ-ın Corcia Dövlәt Universitetinin professoru Tad Ransofer «Transfert qiymətlərinə tələblər», «PricewaterhouseCoopers» audit şirkәtinin partnyoru Mövlan Paşayev «Azərbaycanın vergi sistemində aparılan islahatların ölkənin «Paying Taxes» reytinqində mövqeyinə təsiri mövzularında təqdimatlarla çıxış ediblər.

Vergi forumunun ikinci iclasında isə vergilər nazirinin müşaviri Asəf Əsədovun «Azərbaycanda elektron vergi sisteminin yaradılması», Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xəqani Abdullayevin «Azərbaycanda nağdsız ödənişlərin inkişaf perspektivləri», Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin prezidenti Daniel Vittin «Vergi və iqtisadi islahatlar. Azərbaycan xalqı üçün tərəqqi», Belçikanın «Ecomod Network» şirkәtinin prezidenti, professor Ali Bayarın «Neft hasil edən ölkələrdə vergitutma», «Deloitte&Touche» şirkәtinin partnyoru Nuran Kərimovun «Elektron vergi auditinin hüquqi tənzimlənməsi», Avropadaxili Vergi Administrasiyaları Tәşkilatının eksperti Anne Paavonahonun «ƏDV fırıldaqçılığı ilə mübarizə», Vergilәr Nazirliyi Vergi ödәyicilәrinә xidmət İdarəsinin rəisi Elçin Məmmədovun «Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi vergi ödəyicilərinə xidmətin əsas hədəfidir», Sahibkarlığın vә Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sәdri Sabit Bağırovun «Əmək müqavilələrinin leqallaşmasının sosial-iqtisadi problemləri», Milli QHT Forumunun prezidenti Rauf Zeyninin «Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında dövlət qurumları və QHT-lərin əməkdaşlığının rolu» mövzularında çıxışları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR