Azərbaycan Ordusunun şəhid olmuş zabiti dəfn edilib

Azərbaycan Ordusunun şəhid olmuş zabiti dəfn edilib
# 06 fevral 2013 12:28 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov – APA. Azərbaycan Ordusunun şəhid olmuş zabiti dəfn edilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gün Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olan leytenant Turan Nadir oğlu Əsgərov bu gün doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb. Mərhumun dəfn mərasiminə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Müdafiə Nazirliyinin hərbçiləri və rayon ictimaiyyətinin nümayəndələri qatılıb.

Qeyd edək ki, ötən gün cəbhənin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Əlizadə Sənan Dövlət oğlu və leytenant Turan Nadir oğlu Əsgərov düşmən gülləsinə tuş gəliblər. Onların hər ikisi aldığı güllə yarasından şəhid olublar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR