Xəzərin Azərbaycan sektorunda balıqçı gəmisi batıb

Xəzərin Azərbaycan sektorunda balıqçı gəmisi batıb
# 11 aprel 2013 09:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Xəzərin Azərbaycan sektorunda balıqçı gəmisi batıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib. Balıq tutmaq üçün dənizə çıxan Masallı rayon sakinləri – 32 yaşlı Elsevər Allahverdiyev və 34 yaşlı Niyaməddin Ağayevin olduğu balıqçı gəmisi çevrilib. Nəticədə E. Allahverdiyev suda boğularaq ölüb. N. Ağayev isə üzərək sahilə çıxmağa müvəffəq olub.

Hazırda E. Allahverdiyevin meyitinin tapılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR