Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib
# 19 mart 2013 18:50 (UTC +04:00)

Bakı-APA. Martın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Piter Beytmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Britaniyalı diplomat bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün töhfəsini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Piter Beytmana gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR