İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Abşeron və Binəqədi rayon polis idarələrində monitorinq keçirib.
Komitədən APA-ya verilən məlumata görə, monitorinqdə ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və ekspertlər Qartal Hüseynov və Anar Cavadov iştirak edib. Komitə nümayəndələri adı çəkilən polis idarələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçirib, orada saxlanılan şəxslər üçün yaradılmış şəraitlə tanış olublar. Monitorinq zamanı saxlanılan şəxslər onlara qarşı rəftardan və işgəncədən şikayət etməyiblər.
Komitə nümayəndələri bəzi çatışmazlıqlarla bağlı tövsiyələrini verib.