Azərbaycanda insan alverinin qurbanı olmuş əcnəbilər öz ölkələrinə qaytarılacaq

Azərbaycanda insan alverinin qurbanı olmuş əcnəbilər öz ölkələrinə qaytarılacaq
# 12 aprel 2013 14:24 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda insan alverinin qurbanı olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası (qayıdışı) qaydaları qəbul ediləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna 20.4-1 maddəsi əlavə ediləcək.

Layihəyə əsasən, insan alverinin qurbanı olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən insan alveri qurbanlarının repatriasiya qaydaları qəbul edilir. Bu qaydalar, həmçinin insan alverindən zərər çəkmiş uşaqların təhsil hüququndan faydalanma imkanlarının və onlara zəruri qayğının göstərilməsinin təmin olunması, ailələr və ya müvafiq qayğı göstərən qurumlar tərəfindən onların qəbul olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR