ETSN şikayət ərizəsi əsasında Lerikdə araşdırma aparıb

ETSN şikayət ərizəsi əsasında Lerikdə araşdırma aparıb
# 23 aprel 2013 10:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı meşə sahəsində ağacların qanunsuz qırılması barədə daxil olmuş şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şikayət məktubu Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinin sakini Teyyub Məlikov tərəfindən Azərbaycan Prezidentinin Administrasiyasına göndərilib.

Məktub aidiyyəti üzrə nazirliyə daxil olduqdan dərhal sonra qurumun Meşələrin İnkişafı Departamentinin əməkdaşları şikayətdə göstərilən Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vivəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayında yoxlama həyata keçirib.

Meşələrin qorunub mühafizə olunması vəziyyəti yoxlanılarkən şikayətçinin iddia etdiyi Çayrud kəndinin ətrafında yerləşən Lerik MMBM-in Vivəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayında 217,10 manat köküstə nırx dəyərində 50,55 kubmetr həcmində 18 ədəd müxtəlif cins və diametrdə olan ağacın qanunsuz kəsilməsi faktı aşkar edilib. Aşkar olunmuş faktla bağlı nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilib, təqsirkar meşə gözətçisi Ə.Almasov tutduğu vəzifədən azad olunub, meşə fonduna dəymiş ziyanın isə onun tərəfindən ödənilməsi təmin edilib. Eyni zamanda əraziyə cavabdeh olan digər meşə mühafizə xidməti işçilərinin barəsində də intizam tənbehi tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR