Bakı-APA. ABŞ ordusunun 17 ədəd zirehli texnikasından ibarət karvanı Latviyanın “Adaji” hərbi bazasına daxil olub. APA-nın məlumatına görə, bunu Latviya Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Kaspars Qalkins deyib.
““M1A2 Abrams” tipli 8 ədəd tank və “M2A3” tipli zirehli maşən gecə saatlarında Liyepaye limanına daxil olub. Günorta saatlarında onlar Adaji bazasına göndərilib”, deyə o bildirib.
Kaspars Qalkinsin sözlərinə görə, ABŞ-ın hərbi texnikası Latviyada azı üç ay qalacaq: “ABŞ-ın hərbi texnikası Latvi Silahlı Qüvvələri ilə birgə keçiriləcək təlimlərdə iştirak edəcək”.
Qeyd edək ki, bu ilin iyulunda Pentaqonun rəhbəri Eşton Karter Bolqariya, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya və Almaniyada 250 tank, artilleriya qurğusu və piyadaların zirehli maşınlarının yerləşdirmək planı barədə açıqlama vermişdi. Latviyanın müdafiə naziri Raymonds Berqmanis ABŞ-ın ağır hərbi texnikasının ölkə ərazisində yerləşdirilməsinə 2016-cı ildə başlanacağını bildirib.