Bank Of Baku

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb
# 16 iyun 2018 16:49 (UTC +04:00)

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR