Ombudsman aparatının əməkdaşları Sabunçu və Suraxanıda müvəqqəti saxlama yerlərinə baş çəkiblər

Ombudsman aparatının əməkdaşları Sabunçu və Suraxanıda müvəqqəti saxlama yerlərinə baş çəkiblər
# 28 may 2015 15:15 (UTC +04:00)

APA-nın Ombudsman aparatının internet saytına istinadən verdiyi məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr zamanı qrup üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.

Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər, müəssisələrin rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.\

Başçəkmələrin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR