Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo kəskin artıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo kəskin artıb
# 11 mart 2013 12:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 95 ölkədəki tərəfdaşları ilə ümumi məbləği 3,5 mlrd. ABŞ dolları təşkil edən ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 2,9 mlrd. dolları ixracın, 0,6 mlrd. dolları isə idxalın payına düşüb və nəticədə 2,3 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 40%, o cümlədən ixrac 52,6% artıb, idxal isə 14,3% azalıb. Müsbət saldo 92% artıb.

«Xarici ticarət əməliyyatlarının 2/3 hissəsi İtaliya, Rusiya, Hindistan, Böyük Britaniya, ABŞ, Tailand, Türkiyə, Avstriya və Portuqaliya ilə aparılıb», - deyə Komitədən bildirilib.

Yanvar ayında qeyri-neft məhsullarının ixracı 113,7 mln. dollar dəyərində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR