Ermənistanın xarici işlər naziri Rusiyaya gedir

Ermənistanın xarici işlər naziri Rusiyaya gedir
# 22 aprel 2013 14:44 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Aprelin 25-26-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvada səfərdə olacaq.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Ermənistan və Rusiyanın xarici işlər nazirləri qarşılıqlı əməkdaşlıq və onun perspektivlərini, eləcə də bu istiqamətdə atılması zəruri olan addımları müzakirə edəcəklər.

Bundan başqa, E.Nalbandyan Federasiya Şurasının rəhbərliyi ilə görüşəcək, Rusiya XİN-in Diplomatik Akademiyasında mühazirə oxuyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR