İran Suriyadakı böhranın həlli üçün Misiri dördtərəfli iclas keçirməyə çağırır

İran Suriyadakı böhranın həlli üçün Misiri dördtərəfli iclas keçirməyə çağırır
# 05 may 2013 02:41 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Suriyadakı böhranın həlli məqsədi ilə dördtərəfli iclasın keçirilməsi təklifi ilə çıxış edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, Ə. Salehi bildirib ki, İran istənilən səviyyədə və istənilən ölkənin iştirakı ilə Suriyadakı böhranın həlli üçün dördtərəfli iclasda iştirak etməyə hazırdır: “Misir prezidenti Məhəmməd Mursinin Suriyadakı böhranın həlli üçün Misir, İran, Səudiyyə Ərəbistanı və Türkiyədən ibarət dördtərəfli komitənin təşkili ilə bağlı təşəbbüsü bu ölkənin ərəb və müsəlman dünyasındakı mövqeyinə görə son dərəcə mühümdür. Ona görə də rəsmi Qahirə tez bir zamanda dördtərəfli iclasın keçirilməsi istiqamətində addım atmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR