"Moody`s": 2015-ci ildə Azərbaycanda ÜDM artımı 1% səviyyəsində olacaq

"Moody`s": 2015-ci ildə Azərbaycanda ÜDM artımı 1% səviyyəsində olacaq
# 14 aprel 2015 06:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə Azərbaycanda ÜDM artımı 1% səviyyəsində olacaq.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin tərtib etdiyi "Credit Opinion" rəyində deyilir.

Agentliyin analitikləri hesab edir ki, 2016-cı ildə Azərbaycanda ÜDM 1,7% artacaq.

"Moody`s" 2015-ci ildə Azərbaycanda inflyasiyanı 9%, 2016-cı ildə 7% səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, Azərbaycan hökuməti 2015-ci ildə ÜDM artımını 4,4% səviyyəsində proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR